"Qarabağ" - "Omoniya" oyununa 9 min bilet satıldı
    • 23-11-2021, 13:01
    • 610

"Qarabağ" - "Omoniya" oyununa 9 min bilet satıldı

25 noyabr tarixində Tofiq Bəhramov adına Respublika stadionunda "Qarabağ"ın Konfrans Liqasının qrup mərhələsinin 5-ci turunda “Omoniya” (Kipr) qarşılaşmasına indiyə qədər satılan biletlərin sayı bəlli olub.

News24.az-a açıqlama verən "Qarabağ" klubunun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə bildirib ki, satışa 15 min 500 bilet çıxarılıb və onlardan 9 mini artıq satılıb. 

Qeyd edək ki, 25 noyabr saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq "Qarabağ" - "Omoniya" qarşılaşmasının bilet qiyməti müvafiq olaraq 3, 5, 10, 50 və 75 manat təşkil edir. 

Biletləri Tofiq Bəhramov adına Respublika stadionun kassalarından, Iticket.az-ın satış məntəqələrindən (iticket.az-da onlayn satış), Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopundan (11:00-dan 19:00-dək), eləcə də "28 mall" və "Gənclik mall" ticarət mərkəzlərindən əldə etmək mümkündür.