Bakıda evlərdən və mağazadan oğurluq etdi
    • 23-11-2021, 13:40
    • 523

Bakıda evlərdən və mağazadan oğurluq etdi

Bakıda evlərdən və mağazadan oğurluq edən şəxslər saxlanılıb.

Bu barədə News24.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Xəzər Rayon Polis İdarəsinin (RPİ) 2-ci Polis Şöbəsinin (PŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 18-dən 21-dək olan müddətdə Buzovna qəsəbəsindəki həyətlərin birindən 2 000 manat dəyərində dəmir borular və su mühərriki oğurlamaqda şübhəli bilinən qəsəbə sakinləri T.İmanov və F.Cabbarov saxlanılıblar.

Bundan başqa, Binəqədi RPİ 6-cı Polis Bölməsi (PB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 16-da rayon ərazisindəki evlərin birindən 2 405 manat dəyərində kombi, santexnika və təmir-tikinti alətləri oğurlamaqda şübhəli bilinən Lənkəran rayon sakini S.Ağayev saxlanılıb.

Eyni zamanda Yasamal RPİ 29-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 13-də rayon ərazisindəki mağazaların birindən 300 manat dəyərində tütün məmulatı və 1 250 manat pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş O.Hüseynov saxlanılıb.