Kəlbəcərin erməni işğalından azad olunmasından bir il ötür
    • 25-11-2021, 10:36
    • 1 014

Kəlbəcərin erməni işğalından azad olunmasından bir il ötür

Kəlbəcərin işğaldan azad edilməsindən 1 il ötür.

News24.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyanın noyabrın 10-da imzaladıqları bəyanata əsasən Kəlbəcər noyabrın 15-də Azərbaycana qaytarılmalı idi.

Lakin Ermənistan tərəfi ordunun və qanunsuz olaraq yerləşdirdiyi insanların rayondan çıxarılması üçün əlavə 10 gün vaxt istədi. Ona görə də Azərbaycan dövləti öz humanist xarakterini bir daha nümayiş etdirməklə Rusiya Prezidenti Vladimir Putinin xahişini nəzərə alaraq müddəti noyabrın 25-dək uzadıb.

Bununla da Kəlbəcər 27 ildən sonra işğaldan azad olunub.

Qeyd edək ki, Azərbaycan Ordusunun Ermənistanın 2020-ci il sentyabrın 27-də təcavüzünə qarşı başladığı əks-hücum əməliyyatı 2020-ci il noyabrın 9-da Zəfərlə başa çatıb.