-
- 25-11-2021, 21:19
- 570
Tənzilə Rüstəmxanlı: “Qadına münasibətdə cəmiyyətin keçdiyi yol elmi şəkildə araşdırılmalıdır"
“Qadına münasibətdə cəmiyyətin keçdiyi yol elmi şəkildə araşdırılmalıdır".
News24.az-ın məlumatına görə, bunu “Qadına şiddətə son” adlı tədbirdə “Azəri-Türk Qadınlar Birliyi”nin sədri Tənzilə Rüstəmxanlı deyib.
Sədr bildirib ki, qadına münasibət millətlərin təfəkkürü ilə bağlıdır: "Qadına qul təfəkkürü ilə yanaşan kişi təfəkkürü dəyişməlidir. Bu məsələ araşdırılmalı, effektiv addımlar atılmalıdır.
Qadına şiddətin kökündə dünyanı idarə etmək istəyən kişi təfəkkürü dayanır. Qadınlara siyasi arenada yer verilməli, onlara güvənilməlidir.
Təhsil problemi, işsizlik qadınların zorakılığıa məruz qalmasına əsas səbəblərdir. 35-40 yaşından yuxarı qadınlar yaxşı işlərə qəbul edilmir. Bu müstəvidə önəmli addımlar atmalıyıq".