Fazil Mustafa:
    • 25-11-2021, 20:46
    • 501

Fazil Mustafa: "Səlahiyyətim olsa, bütün qızlara təhsil verərəm"

“Qadınlara qarşı zorakılıqla bağlı daha çox statistik müzakirələr edirik, amma elmi müzakirələr edilmir".

News24.az-ın məlumatına görə, bunu “Qadına şiddətə son” adlı tədbirdə  Milli Məclisin deputatı Fazil Mustafa deyib.

Millət vəkili qeyd edib ki, Azərbaycanda uğur qazanan qadın modeli sadəcə Sovet dövründə ortaya çıxıb: "Qadına qarşı ən böyük şiddət təhsillə bağlıdır. Mənim səlahiyyətim olsa, təhsilsiz 1 qız uşağı da saxlamaram. Bütün problemlərin kökündə bu nüans dayanır.

İqtisadi azadlığı olmayan qadın evinə dönməyə məhkumdur. Təhsili sadəcə cehiz almaq üçün istifadə etməyən, həqiqətən təfəkkürlü qadınlarımız olsa, cəmiyyətimizdə qadınlara qarşı şiddət xeyli azalar".