-
- 25-11-2021, 14:03
- 360
Koronavirusa görə bağlanan məktəblər YENİDƏN AÇILDI
Bakıdakı 155 və 193 nömrəli tam orta məktəblərdə əyani dərslər bərpa edilib.
Bu barədə News24.az-a Bakı Şəhər Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, hər iki məktəbin kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş karantin müddəti başa çatıb.
Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur. Tədrisin fasiləsiz təşkili diqqət mərkəzində saxlanılır, mütəmadi olaraq monitorinqlər aparılır.