Dinamik güc mənbəyimiz – Müharibə Veteranlarımız!
    • 26-11-2021, 16:19
    • 507

Dinamik güc mənbəyimiz – Müharibə Veteranlarımız!

Bu gün Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Azərbaycan Hərb Tarixi Muzeyinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpasında, qorunub saxlanılmasında şücaət göstərmiş, eləcə də Vətən müharibəsi zamanı vətəndaşlıq borcunu layiqincə yerinə yetirərək Azərbaycan Ordusuna maddi və mənəvi dəstək vermiş I Qarabağ Müharibəsi Veteranlarına həsr olunmuş “Dinamik güc mənbəyimiz – Müharibə Veteranlarımız!” adlı tədbir keçirilib.

News24.az-ın məlumatına görə, tədbirdə Müdafiə Nazirliyinin, hərbi hissələrin, veteran təşkilatlarının, I Qarabağ müharibəsi qazilərinin və digər idarə - müəssisələrin nümayəndələri iştirak edib.

Tədbirdə bir qrup I Qarabağ müharibəsi veteranı 186 nəfər 44 günlük Vətən Müharibəsi zamanı arxa cəbhədə qələbənin qazanılmasında göstərdiyi xidmətlərə görə fəxri fərmanlarla təltif olunub. Muzey rəisi e.o.polkovnik Əzizağa Qəni-zadənin, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri İB sədri e. o. polkovnik-leytenant Mehdi Mehdiyevin, Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri – e. o. kapitan Füzuli Rzaquliyevin, Qarabağ Qaziləri İB-nin sədri – e. o. baş çavuş Asəf Əliyevin məruzə və çıxışları dinləniləcək, müharibə veteranlarımızın 44 günlük Vətən müharibəsində fəaliyyətini özündə əks etdirən slaydsou nümayiş olunub. Tədbir bədii hissə ilə yekunlaşıb.