-
- 4-11-2021, 17:32
- 912
Hərb Tarixi Muzeyində DƏYİRMİ MASA keçirildi - FOTO
Bu gün Azərbaycan Hərb Tarixi Muzeyində Vətən müharibəsində erməni millətçilərinə qarşı savaşda tarixi qələbənin qazanılmasının ildönümünə həsr olunan “AZƏRBAYCAN DÖVLƏTÇİLİYİ: İSLAHATLAR VƏ ZƏFƏR MƏRHƏLƏSİ” adlı dəyirmi masa keçirilib.
News24.az-ın məlumatına görə, dəyirmi masada Müdafiə Nazirliyinin hərbi hissələrinin, idarə və müəssisələrin, Silahlı Qüvvələrin Hərbi Akademiyasının, veteran təşkilatlarının, müharibə veteranlarının, şəhər muzeylərinin və digər idarə-müəssisələrin nümayəndələri iştirak ediblər.
Dəyirmi masada “Azərbaycanın Vətən müharibəsində qələbəsi” adlı kitabın təqdimatı keçirilib. Kitabın müəllifi Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasının Adyunktura və elm şöbəsinin hərb tarixi üzrə professoru, tarix elmləri doktoru, ehtiyatda olan 1-ci dərəcəli kapitan Nurulla Əliyevdir.
Dəyirmi masada muzey rəisi e.o.polkovnik Əzizağa Qəni-zadənin, muzeyin tədqiqatçı-elmi işçisi t.üf.d. Vahid İsmayılovun, t.ü.f.d. Ərəstun Baxşəliyevin, tarixçi-tədqiqatçı Pərviz Ağalarovun, jurnalist e.o.polkovnik-leytenant İbrahim Məsimoğlunun və digər iştirakçıların məruzə və çıxışları dinlənilib, mövzu ətrafında müzakirələr aparılıb, tarixi günə həsr olunan sənədli film nümayiş olunub.
Dəyirmi masa bədii hissə ilə davam edib. Bədii hissədə Müdafiə Nazirliyinin Təlim və Tədris Mərkəzinin nəznində fəaliyyət göstərən ansanblın solistlərinin ifasında hərbi-vətənpərvərlik musiqiləri səsləndirilib, 1-ci Qarabağ müharibəsi və Vətən müharibəsi iştirakçısı qazi Asəf Fərzəliyevin nəvəsi Zəhra Hüseynzadənin ifasında “Azərbaycan xəritəsi” şeri ifaolunub.