Oksana oğlu Osmanın atası haqda danışıb
    • 24-11-2018, 16:29
    • 3 731

Oksana oğlu Osmanın atası haqda danışıb

Ana olan Oksana Rəsulova ilk dəfə həyat yoldaşı haqda söz açıb. 

Məşhur rəqqasə "Zaurla Günaydın" verilişində bildirib ki, oğlu Osmanın atası Türkiyədə yaşayır. Ana olduqdan sonra kökələn Oksana ərinin onu hər halı ilə bəyəndiyini deyib:

"Əsas odur o, məni bu halımla da bəyənir. Yoldaşım efirdə adının çəkilməsini istəmir. Əslən azərbaycanlıdır. Amma işi ilə əlaqədar Türkiyədə yaşayır. Bizneslə məşğuldur. Sonuncu dəfə Bakıya 1 ay bundan əvvəl gəlib... Vaxt gələndə hamı onu görəcək".

News24.Az