Oksana həyat yoldaşı və oğlu haqda: “Ailəvi şəklimizi yayımlayacağıq” - VİDEO
    • 15-02-2019, 13:50
    • 1 943

Oksana həyat yoldaşı və oğlu haqda: “Ailəvi şəklimizi yayımlayacağıq” - VİDEO

Rəqqasə Oksana Rəsulova oğlu Osman haqda danışıb.

News24.az xəbər verir ki, övladının üzünü hər kəsdən gizli saxlayan O.Rəsulova bu hərəkətinə görə onu qınayanlara səslənib və bunu nə üçün etdiyini açıqlayıb:

“Hər kəsə maraqlıdır, amma bəzi şeylər var ki, çox şəxsi işlərdir. Bir çox hallarda mənim sözüm deyil, ailənin sözü keçir. Birincisi bunu etməyə mənim icasəm yoxdur, ikincisi isə bunu etmək həvəsində də deyiləm.

Uşaq hələ körpədir. Düşünürəm ki, heç bir ana belə etmək istəməz.  

İstəyirəm bir az vaxt keçsin 1 və ya 2 yaşında təbii ki, uşağın üzünü görəcəklər. Uşağı qəfəsdə saxlayan deyiləm ki. Bunun bağçası, məktəbi var.

Deyə bilmərəm fotonu ilk harada paylaşacağam. Amma hələ belə bir fikrim yoxdur. İnşallah atası icazə verər paylaşaram. Heç kim narahat olmasın. Vaxt gələcək və biz ailəvi şəklimizi yayımlayacağıq”.

Teymur MƏMMƏDOV
Video: Fərid ŞABANOV