Sumqayıtda qardaşının evindən oğurluq edən şəxs tutuldu
    • 27-11-2021, 11:47
    • 555

Sumqayıtda qardaşının evindən oğurluq edən şəxs tutuldu

Sumqayıt Şəhər Polis İdarəsinin-nin 2-ci Polis Bölməsinə noyabrın 25-də şəhər ərazisindəki evlərin birindən 1250 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən News24.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən ev sahibinin qardaşı, əvvəllər məhkum olunmuş Ş.Həsənli müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.