Rusiyada hərbi zavodda dörd partlayış oldu - VİDEO
    • 27-11-2021, 14:41
    • 604

Rusiyada hərbi zavodda dörd partlayış oldu - VİDEO

Rusiya Müdafiə Nazirliyinin Nijeqorod vilayətinin Dzerjinski şəhərində yerləşən Y.M.Sverdlov adına hərbi zavodda dörd partlayış baş verib.

News24.az
TASS-a istinadən xəbər verir ki, hadisə nəticəsində iki nəfər xəsarət alıb.

Rusiya Fövqəladə Hallar Nazirliyi hadisənin Moskva vaxtı ilə saat 09:52-də baş verdiyini bildirib. Zavodda yanğın siqnalı işə düşüb, sonra partlayışlar baş verib.

Bildirilir ki, ərazisi 900 kvadratmetr olan partlayış yerində yanğın baş verib. Hazırda zavodun işçiləri üçün heç bir təhlükə yoxdur.

Fövqəladə hallar üzrə mənbə bildirib ki, partlayışların episentri HMX istehsal müəssisəsi olub.

Zərərçəkənlərə lazımi tibbi yardımın göstərilməsi tapşırılıb.