Azad olunan ərazilərdə daha 37 mina AŞKARLANDI - FOTO
    • 29-11-2021, 10:49
    • 763

Azad olunan ərazilərdə daha 37 mina AŞKARLANDI - FOTO

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları barədə həftəlik məlumatı açıqlayıb.

Agentlikdən News24.az-a verilən məlumata görə, noyabrın 22-dən 27-nə qədər Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda 1 piyada əleyhinə mina, 36 tank əleyhinə mina və 14 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 50 hektar ərazi mina və PHS-lərdən təmizlənib.