45 nömrəli tam orta məktəb distant tədrisə keçdi
    • 30-11-2021, 16:03
    • 480

45 nömrəli tam orta məktəb distant tədrisə keçdi

Paytaxtdakı 45 nömrəli tam orta məktəbin fəaliyyəti distant təhsil formasında davam etdiriləcək. 

BŞTİ-dən News24.az-a verilən məlumata görə, 45 nömrəli tam orta məktəbdə COVİD-19 infeksiyasına yoluxma sayının artması ilə əlaqədar məktəbin fəaliyyəti müvəqqəti dayandırılıb.

Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında 45 nömrəli məktəbdə əyani tədris prosesi 14 gün müddətinə distant təhsillə əvəz olunub.