Milli Məclisin sədri qəzaya uğrayan helikopterdən danışdı
    • 30-11-2021, 17:58
    • 569

Milli Məclisin sədri qəzaya uğrayan helikopterdən danışdı

"Bu gün Xızı rayonu ərazisindəki "Qaraheybət" aviasiya poliqonunda Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması xəbəri hər birimizi dərindən sarsıtdı"

News24.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova tviterdə yazıb.

“Hadisə nəticəsində həlak olan heyət üzvlərinin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm”, - o qeyd edib.