Helikopter qəzasından sağ çıxan polkovnik-leytenant danışdı - VİDEO
    • 1-12-2021, 11:40
    • 1 561

Helikopter qəzasından sağ çıxan polkovnik-leytenant danışdı - VİDEO

Ötən gün Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin Xızı rayonu ərazisində qəzaya uğraması nəticəsində 16 hərbçidən 14-ü şəhid olub, ikisi yaralanıb.

News24.az Real TV-yə istinadən xəbər verir ki, yaralılardan biri hərbi pilot, polkovnik-leytenant Emil Cəfərov hadisənin necə baş verməsindən danışıb: "Bizdə təlim uçuşları olmalı idi. Sanqaçal aerodromundan qalxıb "Qaraheybət" poliqonuna getməli idik. Enişi yerinə yetirmə mərhələsində helikopterin qəzası baş verdi".

Görüntüləri təqdim edirik: