Elçin Quliyev:
    • 1-12-2021, 13:45
    • 634

Elçin Quliyev: "Vətən sağ olsun"

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev helikopter qəzasında şəhid olanlarla vida mərasimində çıxış edib.

News24.az
xəbər verir ki, DSX rəisi şəhid olan zabitlərin, əməkdaşların valideynlərinə, yaxınlarına, əzizlərinə DSX-nın bütün rəhbər heyəti və şəxsi heyəti adından başsağlığı verib: “Əmin ola bilərsiniz ki, hər bir Azərbaycan sərhədçisi şəhidlərimiz haqqında olan bütün məlumatları ürəklərində daşıyacaqlar. Onların göstərdikləri qəhrəmanlıqları yaşadaraq bütün hər kəsə göstərəcəklər. Bu gün burada çıxış etmək çox ağırdır. Silahdaşlarımızı, müharibə iştirakçılarını itirdik. Onların hər biri şəhidlik zirvəsinə ucalaraq ocaqlarının başını uca etdilər”.

E.Quliyev vida mərasimindəki nitqinə “Vətən sağ olsun. Mən şəhid olanların yaxınlarına dərin hüznlə başsağlığı verirəm” deyə sonlandırıb. 

Qeyd edək ki, dünənki helikopter qəzası ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 352.2 (uçuş və ya uçuşa hazırlıq qaydalarını pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) və digər maddələri ilə cinayət işi başlanıb, cinayət işinin istintaqı baş prokuror tərəfindən xüsusi nəzarətə götürülüb.