-
- 1-12-2021, 14:35
- 516
Oğlunu həbs etdirən 86 yaşlı anadan ŞOK SÖZLƏR
Bu günlərdə Gəncə şəhər Nizami rayon Məhkəməsində şəhər sakini 1975-ci il təvəllüdlü Məhərrəm Cəfərov barəsində Cinayət Məcəlləsinin 127.2.2-ci (qəsdən sağlamlığa az ağır zərər vurma – xüsusi amansızlıqla törədildikdə) maddəsi ilə açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
News24.az-ın məlumatına görə, hakim Zaur Hünbətovun sədrliyi ilə keçirilən məhkəmədə məlum olub ki, Məhərrəm anası, 1935-ci il təvəllüdlü Gülçöhrə Cəfərovanın şikayəti əsasında həbs edilib. Belə ki, Məhərrəm 2019-cu ildə anasını döydüyü üçün 9 ay müddətinə azadlıqdan məhrum edilib, lakin həmin vaxt anası onu bağışladığından vaxtından tez azadlığa çıxıb. Buna baxmayaraq 2020-ci ildə o, yaşadığı evdə anasına qarşı amansız rəftarını davam etdirib. Bu dəfə isə 86 yaşlı qadın oğlunu bağışlamaq istəmədiyini, onun ən ağır formada cəzalandırılmasını istədiyini deyib. O, məhkəmədə ifadəsində bildirib:
“2 oğlumla birlikdə yaşayıram. Kiçik oğlum Məhərrəm son zamanlar tez-tez spirtli içki qəbul edib yaşadığımız evdə mənimlə mübahisə yaradır. Ona görə də digər oğlum Zaurla birlikdə evin birinci mərtəbəsində, Məhərrəm isə 2-ci mərtəbədə yaşayır. 03.06.2020-ci il tarixdə, saat 15 radələrində kiçik oğlum yenə spirtli içki qəbul etmişdi, mən isə birinci mərtəbədə yatmışdım, Zaur isə evdə deyildi. Oğlu Məhərrəm sərxoş vəziyyətdə evin birinci mərtəbəsinə gələrək mübahisə etməyə başladı. Məhərrəmə spirtli içki qəbul etməsini irad tutduqda o, daha da əsəbləşərək üzərimə gəlib çarpayıda sinəmin üstünə çıxaraq sifətimə və bədəninin müxtəlif nahiyələrinə dayanmadan yumruqla vurmağa başladı. Bundan sonra digər oğlum evə gəlib üzümdə və bədəninin müxtəlif nahiyələrindəki xəsarətləri gördü.
Daha sonra isə Zaur DİN-nin 102 xidmətinə zəng mərkəzinə və Nizami RPİ-nə bu barədə məlumat verdi. Bununla əlaqədar olaraq Gəncə şəhəri, Nizami RPİ-də araşdırma aparıldı, oğlu Məhərrəm barəsində Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə cinayət işi Nizami Rayon məhkəməsinə göndərildi. Gəncə şəhəri, Nizami Rayon məhkəməsinin hökmü ilə o, 127.1-ci maddə ilə təqsirli bilinərək 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edildi. Məhərrəmə daha ciddi cəza verilməsini xahiş edirəm, çünki Məhərrəm azadlığa çıxdıqdan sonra yenə də bizi narahat edib məni döyüb xəsarət yetirəcəyindən qorxuram. Ona görə ki, Məhərrəm 2019-cu ildə məni döyüb xəsarət yetirməsi ilə əlaqədar məhkəmədə işlərinə baxılarkən Məhərrəmi bağışladım. Buna baxmayaraq Məhərrəm əməllərindən əl çəkməyərək yenə də hərəkətlərini davam etdirdi. Məhərrəmin hərəkətlərindən artıq bezmişəm, ona ən ağır cəza verilməsini istəyirəm. Qoca və xəstə olduğuma görə ona hər hansı müqavimət göstərə bilmirəm”.
Məhkəmədə ifadə verən təqsirləndirilən şəxs anası və qardaşının ondan evin ona düşən hissəsindən imtina etməsini tələb etdiyini, məhz buna görə onlar tərəfindən həbs etdirildiyini deyib.
Gəncə şəhər Nizami rayon Məhkəməsi Məhərrəm Cəfərovu 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edib.