Helikopter qəzasında şəhid olan hərbçilərlə VİDA MƏRASİMİNDƏ ÜRƏK AĞRIDAN ANLAR
    • 1-12-2021, 18:58
    • 655

Helikopter qəzasında şəhid olan hərbçilərlə VİDA MƏRASİMİNDƏ ÜRƏK AĞRIDAN ANLAR

Bu gün Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqo­nunda qəzaya uğraması nəticəsində həlak şəhidlərimizlə vida mərasimi keçirilib.

News24.az-ın məlumatına görə, cənazələr əvvəlcə vida mərasimin keçirilməsi üçün DSX-nin “Sərhədçi” İdman Olimpiya Mərkəzinə gətirilib.

Daha sonra hərbçilərimizin nəşi dəfn olunmaq üçün II Şəhidlər Xiyabanına aparılıb.

Dəfn və vida mərasimlərində dövlət rəsmiləri, mərhumların ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak edib.

Qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri noyabrın 30-da Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqo­nunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Nəticədə 14 nəfər həlak olub, 2 nəfər yaralanıb.

Görüntüləri təqdim edirik: 

Foto/Video: Nicat Niftəliyev