Konsertdə ölən şəxslərin ailələri yardımı qəbul etmədi
    • 2-12-2021, 16:18
    • 397

Konsertdə ölən şəxslərin ailələri yardımı qəbul etmədi

Reper Travis Skottun konserti zaman ölən şəxslərin ailələri onun yardımından imtina ediblər.

News24.az xəbər verir ki, yardımdan imtina edənlər Texas ştatının Hyuston şəhərində 5 noyabr tarixində baş verən konsertdə ölən 10 nəfərdən 5-nin ailəsidir.

Ötən həftə çoxsaylı iddialarla üzləşən musiqiçi onlara dəfn mərasiminin bütün xərclərini ödəməyi təklif edib.

Vəkillərin sözlərinə görə, Skottun təklifi peşmançılığın səmimi təzahürü deyil, faciədən sonra ona göstərilən ictimai təzyiqi azaltmaq cəhdidir. /bbc.com/