Əhali koronavirusdan ölən həkimi DƏFN ETMƏYƏ QOYMADI
    • 11-04-2020, 17:39
    • 630

Əhali koronavirusdan ölən həkimi DƏFN ETMƏYƏ QOYMADI

Kənd əhalisi koronavirusdan ölən həkimin dəfninə mane olublar.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Misirdə yaşanıb. Şubra əl-Bahv kəndində yaşayan sakinlər təcili yardım maşının olunu bağlayıblar. Əhali qadının basdırılmasından sonra kənddə virusun yayılacağından qorxublar.

İzdiham polisin gözyaşardıcı qazdan istifadə etməsi ilə dağıdılıb. 

Qadın həyat yoldaşının kəndində dəfn edilib.