Sumqayıt-Bakı qatarının hərəkətində problem yaranıb
    • 26-11-2018, 10:35
    • 920

Sumqayıt-Bakı qatarının hərəkətində problem yaranıb

Bu gün Sumqayıt-Bakı istiqamətində hərəkət edən elektrik qatarının fəaliyyətində qısa fasilə yaranıb.

Bunu “Azərbaycan Dəmir Yolları” QSC-dən bildiriblər.
Məlumata görə, fasilə təqribən 08:10 radələrində yaranıb.
“Buna səbəb elektrik enerjisinin açılması olub. Problem aradan qaldırılan kimi qatarın hərəkəti bərpa edilib", - deyə məlumatda vurğulanıb. 

//Report