-
- 6-12-2021, 11:04
- 1 033
Ayda 1300 manat pensiya alan, qadın həkimi yumruqla vuran ŞƏMAİLİN ŞOK İFADƏSİ - VİDEO
Bu ilin iyun ayında Binəqədi rayonu 6-cı mikrorayon M.Kazımovski küçəsi 134 ünvanında yerləşən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 1-ci mərtəbəsində yerləşən əyani müayinə otağında müharibə ilə əlaqədar əlilliyinin saxta olduğu aşkar edilən Bərdə rayon sakini, 1963-cü il təvəllüdlü Mustafayev Şamail Hümbət oğlunun müayinəni həyata keçirən komissiyanın üzvü həkim-ekspert qadını döyməsi ilə bağlı məhkəmə prosesi yekunlaşıb.
News24.az-ın məlumatına görə, sonradan məlum olub ki, xanım tibb işçisinə hücum edərək ona zərbə endirən şəxs barəsində Cinayət Məcəlləsinin 221.2.2-ci (Xuliqanlıq - ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə) maddəsi ilə iş açılıb və Binəqədi rayon Məhkəməsinin hökmü ilə o, məhkəmə zalındaca həbs edilib.
Maraqlıdır ki, Şəmail Mustafayev məhkəmədə özünü günahkar hesab atməyib və qadın tibbi işçisinin onu hövsələdən çıxardığını deyib:
“Birinci Qarabağ müharibəsi zamanı almış olduğum travma nəticəsində ikinci qrup Qarabağ əlili olduğum üçün mənə təqaüd verilirdi, həmin təqaüdün verilməsi 2021-ci ilin yanvar ayının 21- dən dayandırıldı. Buna səbəb mənim əlillik dərəcəmin müddətinin bitməsi oldu. 2021-ci ilin fevral ayının 19-dan isə əlilliyinin təsdiqi ilə bağlı Bərdə rayonu üzrə həkim komissiyası sənədlərimi Respublika əlillərinin bərpası mərkəzinə göndərdi, əlilliyinin yoxlanılması ilə bağlı araşdırma aparılsa da, həmin mərkəzə araşdırma müddətində qəbul etdiyi dərmanların mənə verilməsi haqqında 21 dəfə müraciət etmişdim. Lakin onlar bu barədə qanuni tədbir görmürdü. Təqaüdün verilməsinin dayandırılması ilə yanaşı xəstəliyin müalicəsi üçün ayrılmış dərmanların da verilməsi dayandırılmışdı. Mən dərman qəbul etmədiyim zaman anlaqsız vəziyyətə düşməklə hərəkətlərimi idarə edə bilmirəm. 04.06.2021-ci il tarixdə göndərişlə Binəqədi rayon ərazisində yerləşən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə getdim. Saat 19 radələrində komissiya üzvlərinin olduğu otağa daxil oldum. İçəri daxil olub orada ayrılmış yerdə əyləşdim və bu zaman mənə yalınız xəstəliyimlə bağlı qəbul etdiyim dərmanların lazım olduğunu dedim. Komissiya üzvlərinədən yoxlamanı vicdanla yerinə yetirib qərar qəbul etmələrini xahiş etdim, lakin həmin vaxt adını sonradan bildiyim Leyla adlı həkim mənə onların vicdanlarının olduğunu, lakin mənim vicdanımın olub-olmamasında şübhəli olduqlarını bildirdi. Bu sözdən sonra özümü itirdim, özümə gələn zaman mərkəzin həyətində olduğumu gördüm. Həmin zaman hər hansı bir həkimi vurub-vurmamağımı xatırlamıram, həmin vaxt təhqir edildiyim üçün özümdə olmamışam. Bu hadisədən sonra müayinə otağında olan müşahidə kameralarına baxan zaman özümü itirərək Leylaya yumruqla vurmağımı və orada olan digər həkimlərin araya girərək məni sakitləşdirib müayinə otağından çölə çıxarılmasığəmə gördüm. Məni təhqir etdiyi üçün özümü itirib anlaqsız vəziyyətə düşmüşdüm, buna səbəb isə xəstəliyimlə bağlı dərmanları qəbul edə bilməməyim olub. Sonradan video görüntülərə baxan zaman qadını vurduğumu gördüm və qadına əl qaldırdığım üçün peşmanam. Lakin hadisənin baş verməsinin günahkarı Zərərçəkmiş şəxs özü olub”.
Məhkəmədə ifadə verən həkim qadın Şəmail Mustafayevlə barışmadığını/, onu bağışlamadığını və məhkəmədən ona ən ağır cəza verməsini istədiyini deyib.
Binəqədi rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesin yekununda Ş.Mustafayevin 1 il müddətinə azadlıqdan məhrum edilməsinə, məhkəmə zalındaca həbs edilməsinə və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsinə qərar verilib.
Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, əvvəlki dövrlərdə hərbi səbəblərlə əlaqədar saxta əlillik təyinatları aşkara çıxarılaraq ləğv edilir, saxta “müharibə əlili” statusu adı altında müharibə əlillərinin haqqına girənlərin qeyri-qanuni sosial ödənişlər almasının qarşısı alınır.
Bu məqsədlə aidiyyəti qurumların və qeyri-hökumət təşkilatları nümayəndələrinin də iştirakı ilə əyani müayinələr (videoçəkilişləri də aparılmaqla) keçirilir.
Son əyani müayinələrin birində Ş.Mustafayevin 2016-cı ildə Bərdə Rayon Mərkəzi Xəstəxanasının onun barəsində rəsmiləşdirdiyi göndərişdəki diaqnoz (“kəllədaxili travmaların nəticələri, keçirilmiş qapalı kəllə beyin travmasının qalıq əlamətləri, postravmatik ensefalopatiya” və s.) təsdiqini tapmayıb. Ümumiyyətlə onun sağlamlıq durumunda heç bir əlillik əlaməti olmadığı və beş il əvvəl "Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar" ona aparılmış ikinci dərəcə əlillik təyinatının da saxta olduğu müəyyən edilib.
Müayinə zamanı Ş.Mustafayev gözlənilmədən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin qadın həkim-ekspertinə hücüm edərək onu yumruq zərbələri ilə döyməyə başlayıb və nalayiq ifadələr işlədib. Məlumatda qeyd olunur ki, ötən dövrdə saxta, “müharibə əlili” statusu adı altında, haqqı çatmadan dövlətdən pensiya və təqaüd formasında hər ay 1300 manatdan yuxarı sosial ödəniş alan Ş.Mustafayevin hərəkətinə hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə müraciət olunub.