Rusiyanı “Kainat gözəli”ndə azərbaycanlı təmsil edəcək
    • 6-12-2021, 14:46
    • 521

Rusiyanı “Kainat gözəli”ndə azərbaycanlı təmsil edəcək

Tatarıstanın ən gözəl qızı Ralina Ərəbova Rusiyanı "Miss Universe -2021" müsabiqəsində təmsil edəcək.

News24.az xəbər verir ki, Ralina çoxmillətli böyük ailədə böyüyüb. Onun anası tatardır, təmizlik xidmətində inzibatçı işləyir. Atası isə azərbaycanlıdır, şəhərdən kənarda yol kənarında kafenin sahibidir.

O, ailəsinə kömək etmək üçün erkən yaşlarından modellik etməyə başlayıb. 

“Miss Rusiya” müsabiqəsində Ralina ölkənin istənilən universitetində təhsil almaq üçün qrant qazanaraq Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universitetinin hüquq fakültəsinə daxil olub.

Eyni zamanda Kazan Dövlət Enerji Universitetində reklam mütəxəssisi kimi qiyabi təhsilini davam etdirir.

Ərəbovanın əsas arzusu çoxuşaqlı və aztəminatlı ailələrin uşaqları üçün incəsənət məktəbi açmaqdır.

O, hazırda dekabrın 17-də keçiriləcək yarışa böyük həvəslə hazırlaşır və qələbəsini anasına həsr etmək niyyətindədir.