-
- 26-12-2018, 10:34
- 2 921
2018-ci ildə seçilmiş dünyanın ən gözəl qızları - FOTO
2018-ci il dünyada baş verən bir çox maraqlı məqamlarla yadda qaldı.
Belə məqamlardan biri də dünya üzrə keçirilən gözəllik müsabiqələri oldu, hansı ki, bu tip müsabiqələr həmişə diqqət mərzəkində olub.
News24.Az yola salmağa hazırlaşdığımız 2018-ci ildə hansı ölkələrin gözəllərinin qalib olduğu barədə bir daha xatırlatma verir:
Miss Grand İnternational 2018 - Oktyabrın 25-i Myanmanın Yanqon şəhərində keçirilən müsabiqədə 76 ölkə gözəllərinin sırasından 24 yaşlı Paraqvay gözəli Mariya Klara Sosa qalib oldu.
Miss Earth 2018 - Noyabrın 3-ü Filippinin paytaxtı Manilada keçirilən Miss Earth 2018 gözəllik müsabiqəsində 87 ölkənin gözəlləri içində Vetnam təmsilçisi 23 yaşlı Phuong Khan Nguyen qalib oldu.
Miss İnternational 2018 - Noyabrın 9-u Yaponiyanın paytaxtı Tokio şəhərində keçirilən müsabiqəyə qatılan 77 ölkənin gözəlləri arasından 20 yaşlı Venesuella təmsilçisi Mariem Klaret Verasko Qarsiya əsas titulu qazandı.
Miss Supranational 2018 - Dekabrın 7-si Polşanın Krınisa-Zdruy şəhərində baş tutan müsabiqənin 10 illik yubileyində Puerto-Riko təmsilçisi 24 yaşlı Valeriya Vaskes 73 ölkə iştirakçıları arasından müsabiqənin qalibi seçildi.
Miss World 2018 - Dekabrın 8-i Çinin Sanya şəhərində baş tutan 118 ölkənin gözəllərinin qatıldığı müsabiqədə Meksika təmsilçisi Vanessa Ponsde Leon dünyanın ən gözəl qızı tituluna sahib oldu.
Miss Universe 2018 - Dekabrın 17-si Tailandın paytaxtı Bankoqda baş tutan 94 ölkənin gözəllərinin yarışdığı müsabiqədə Filippin təmsilçisi 24 yaşlı Katriona Qrey kainatın ən gözəl qızı seçildi.
News24.Az