Heydər Əliyev Fondu Qubada yeni məktəb tikdirdi
    • 6-12-2021, 15:13
    • 449

Heydər Əliyev Fondu Qubada yeni məktəb tikdirdi

Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Heydər Əliyev Fondunun Qubanın Birinci Nügədi kəndində inşa etdiyi 1 nömrəli tam orta məktəbdə yaradılan şəraitlə tanış olublar.

News24.az xəbər verir ki, məktəblə tanışlıq dövlət başçısının dekabrın 6-da Quba rayonuna səfəri çərçivəsində baş tutub.