-
- 6-12-2021, 15:56
- 622
Azərbaycanlı infeksionist "Omikron" ştammından danışdı: "Daha yoluxucu və öldürücü..."
"Noyabrın 26-da Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun yeni B.1.1.529 versiyasını təsdiq edərək ona qısaca “Omikron” adını verib. İlk dəfə Cəbuni Afrika Respublikasında yoluxma saylarının artmasından şübhələnərək yeni mutasiyanın yarandığı qənaətinə gəlinib və yeni variant aşkar edilib".
Bu barədə News24.az-a TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev açıqlamasında deyib. O bildirib ki, xəstəlikdən ölüm hallarının artması virusun mutasiyasının çoxluğu ilə deyil, eyni zamanda da yoluxma hallarının artması ilə də əlaqələndirilə bilər: "“Omikron”un öncəki mutasiyalardan daha yoluxucu və öldürücü olduğu hələ bilinmir. Bununla bağlı təhqiqatlar davam etdirilir".
V.Əliyev qeyd edib ki, qorunma, diaqnostik yollarla xəstəliyin tanımlanması və müalicəsi daha əvvəl də aparılmış metodlarla davam etdirilir: "Yəni hər hansı bir dəyişiklik yoxdur. Bu virusdan qorunmaq yolları fərdi gigiyena vasitələri, maskanın taxılması, ictimai yerlərdə ara məsafəsinin gözlənilməsi və eyni zamanda da vaksinləşmə prosesidir".
İnfeksionist mutasiyanın yeni olduğunu və bununla bağlı məlumatın Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən veriləcəyini deyib: "Biz də bunu ictimaiyyətə açıqlayacağıq".