Maşın qiymətinə “zerkalni nömrələr” - Rüsumla o nömrələri almaq mümkündür?
    • 6-12-2021, 16:17
    • 635

Maşın qiymətinə “zerkalni nömrələr” - Rüsumla o nömrələri almaq mümkündür?

Xəbər verdiyimiz kimi, avtomobillərin dövlət qeydiyyat nişanlarında əks olunan rəqəmlərlə bağlı yeni dövlət rüsumları müəyyənləşib.

News24.az xəbər verir ki, dəyişikliklə 001, 002, 003, 004, 005, 006, 007, 008, 009 nömrələrin seriyası müxtəlif hərflərdən ibarət olduqda 2000, seriyası eyni hərflərdən ibarət olduqda 3000 manat; 100, 200, 300, 400, 500, 600, 700, 800, 900 nömrələrin seriyası müxtəlif hərflərdən ibarət olduqda 1500, seriyası eyni hərflərdən ibarət olduqda 2000; 111, 222, 333, 444, 555, 666, 777, 888, 999 nömrələrin seriyası müxtəlif hərflərdən ibarət olduqda 1000, seriyası eyni hərflərdən ibarət olduqda 1500 manat dövlət rüsumu tutulacaq.

Dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib. Nəticədə bu cür nömrələrin qiymətləri 1000-3000 manat arasında dəyişir. Yəni bu, o deməkdir ki, qanunla vətəndaş "zerkalni” deyilən avtomobil nömrələrini bu qiymətlərə əldə edə bilər.

Bəs, reallıqda istənilən bir şəxs bu cür nömrələri rahat şəkildə, dövlət rüsumunu ödəməklə əldə edə bilirmi?

Qiymətlərlə tanış olmaq üçün elan saytlarına nəzər saldıqda görünür ki, elə avtomobil qiymətinə - 8, 16, hətta 32 min manata avtomobil nömrələri təklif olunur. Bu da qanunda qəbul olunan qiymətlərdən dəfələrlə yüksəkdir.   /Avtosfer.az/