İlon Mask rəsmi olaraq evsiz oldu
    • 6-12-2021, 17:39
    • 663

İlon Mask rəsmi olaraq evsiz oldu

“Tesla”nın sahibi İlon Mask son evini, Kaliforniya ştatının Hillsboro şəhərindəki 19 hektarlıq malikanəni 30 milyon dollara satıb. Qeyd edək ki, alıcının adı açıqlanmayıb.

News24.az xəbər verir ki  keçən yay Mask evini 37.5 milyon dollara, payızda isə artıq 31.99 milyon dollara satmağı planlaşdırıb.

“Mansion Global”ın məlumatına görə, malikanədə 7 yataq otağı, 10 vanna otağı, mətbəx, rəqs zalı, dəri divarlı kitabxana, 11 avtomobil üçün qaraj və hovuz var. Milyarder onu 2017-ci ildə 23.4 milyon dollara alıb.

Əvvəl Mask əmlakın qalan hissəsini sataraq 37 kv. m sahəsi olan evə köçüb. Sahibkar bunu Yer üzərində daşınmaz əmlaka sahib olmağa ehtiyacı olmadığı və əsasən Marsdakı həyatla maraqlanması ilə izah edib.   /Banker.az/