-
- 6-12-2021, 18:22
- 692
Sahibə Qafarova MDB PA-nın nümayəndə heyəti ilə görüşdü
Dekabrın 6-da Milli Məclisin sədri Sahibə Qafarova Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının (MDB PA) Şurası Katibliyinin rəhbəri Dmitriy Kobitskinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən News24.az-a verilən məlumata görə, parlamentin sədri qonaqları salamlayaraq, Azərbaycanın beynəlxalq qurumlarla, o cümlədən MDB PA ilə əməkdaşlıq etdiyini bildirib.
Milli Məclisin sədri görüşdə 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunmasından, burada törədilmiş dağıntılardan söz açıb.
Sahibə Qafarova xalqımızın regionun gələcəyinə böyük ümidlərlə baxdığını söyləyib.
MDB PA Şurası Katibliyinin rəhbəri Dmitriy Kobitski başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərindən və burada gördüklərindən məmnun qaldıqlarını söyləyib.
Dmitriy Kobitski ölkəmizə səfər çərçivəsində onların MDB PA-nın DİMBİ-nin Bakı filialının yeni ofisində yaradılmış şəraitlə yaxından tanış olduqlarını, filialın əməkdaşları ilə söhbətlər apardıqlarını, görülən işlərlə maraqlandıqlarını diqqətə çatdırıb.
Görüşdə MDB PA-nın DİMBİ-nin direktoru İvan Muşket çıxış edərək başçılıq etdiyi institutun Bakı filialı ilə birlikdə gələcəkdə görüləcək işlər barədə fikirlərini bölüşüb.
Qəbulda Rusiya Federasiyası ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun başçısı Nizami Səfərov, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, MDB PA Şurasının Baş katibinin müavini - Milli Məclisin MDB PA-da səlahiyyətli nümayəndəsi Aydın Cəfərov, MDB PA DİMBİ-nin Bakı filialının direktoru Teymur Muradov və digər rəsmi şəxslər iştirak ediblər.