20 yaşlı oğlan özünü metroda yandırmaq istədi
    • 8-12-2021, 11:08
    • 413

20 yaşlı oğlan özünü metroda yandırmaq istədi

Bakı metrosunda gənc oğlan özünü yandırmağa cəhd edib.

News24.az xəbər verir ki, hadisə dekabrın 7-də metronun "Gənclik" stansiyasında qeydə alınıb.

Belə ki, 2001-ci il təvəllüdlü Əlisahib Rüstəmov qatar hərəkət edərkən üzərinə benzin tökərək özünü yandırmaq istəyib. Ərazidə olan şəxslər gəncin özünü yandırmasının qarşısı alınıb.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda araşdırma aparılır.  /apa.az/