Türkiyənin tanınmış aktyorunun ifasında Cahangir Cahangirovun
    • 8-12-2021, 12:22
    • 1 087

Türkiyənin tanınmış aktyorunun ifasında Cahangir Cahangirovun "Ay qız" mahnısı - VİDEO

Türkiyənin reytinqli “Yargı” serialında Eren obrazının ifaçısı aktyor Uğur Aslan “Kanal D” telekanalında yayımlanan “Şarkılar bizi söyler” proqramının qonağı olub.

News24.az xəbər verir ki, o, efirdə ən məşhur Azərbaycan mahnılarından biri – bəstəkar Cahangir Cahangirovun Zeynal Cabbarzadənin sözlərinə bəstələdiyi “Ay qız”ı ifa edib. Aktyor, həmçinin Nüsrət Kərəmənlinin “Bəhanəsiz get” şeirini səsləndirib.

Uğur Aslanın ifası sosial şəbəkələrin azərbaycanlı istifadəçiləri tərəfindən böyük marağa səbəb olub.

Qeyd edək ki, vaxtı ilə “Ay qız” mahnısını əfsanəvi azərbaycanlı müğənni Şövkət Ələkbərova ifa edib.