-
- 8-12-2021, 13:30
- 472
"YAŞAT" Fondunun rəhbəri SAYI AÇIQLADI
""YAŞAT" Fondunun təşəbbüsü ilə ölkəmizə gələn israilli oftalmoloqlar tərəfindən qazilərimizin müayinə və müalicəsi aparılıb. Müayinə edilən yaralı sayı-148, əməliyyat sayı - 30, protezlə təmin olunanların sayı - 55, iki nəfərin görməsi isə bərpa edilib".
News24.az-ın məlumatına görə, bunu "YAŞAT" Fondunun rəhbəri Elvin Hüseynov "YAŞAT" Fondunun 1 illik fəaliyyəti ilə əlaqədar keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, təhsil, peşə hazırlığı və yaradıcı potensialın inkişafı xərcləri istiqaməti üzrə şəhid ailə üzvlərinin 137 və yaralıların 20 müraciəti olmaqla ümumilikdə 157 müraciət təmin edilib: "Fondun təşəbbüsü ilə təhsil haqqının qarşılanması üzrə təhsil müəssisələri tərəfindən 222 822 AZN vəsait qarşılanıb. Təhsil haqqı qarşılanan 63 şəxsin ödənişi Fond tərəfindən, 60 şəxsin isə ödənişi Fondun təşəbbüsü ilə təhsil müəssisələri tərəfindən qarşılanıb. 2 dekabr 2021-ci il tarixinədək Dövlət Agentliyinin “YAŞAT” Fondu ilə iş şöbəsi ilə Heydər Əliyev adına Müasir Təhsil Kompleksi, Türk Dünyası Bakı Atatürk Liseyi, XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi, Hədəf liseyi, Kaspi Tədris Mərkəzi, Evrika Liseyi, Dünya məktəbi və “Dərs evi” tədris mərkəzi arasında şəhidlərin övladlarına ödənişsiz təhsil alması məqsədi ilə niyyət protokolu imzalanıb.
Əməkdaşlıq çərçivəsində imtahanda uğurlu nəticə əldə etmiş 34 şəhid övladı özəl təhsil müəssisələrində ödənişsiz kvota əsasında təhsil alır. Eyni zamanda 7 şəhid övladı ödənişsiz kvota əsasında bağça (5 şəxs) və məktəbəqədər təhsil müəssisəsinə (2 şəxs) qəbul olunub.
2021-2022-ci tədris ili üzrə rəsmi olaraq akkreditasiya olunmuş ali təhsil müəssisələrinə qəbul olmuş şəhid ailələrinin üzvlərinə və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçulara “YAŞAT” Fondu tərəfindən birdəfəlik pul mükafatı - 2000 AZN təsis edilib. Cari günədək 32 şəxsə (19 şəhid ailə üzvü və 13 yaralı) 2000 AZN vəsait köçürülüb".
Fondun rəhbəri əlavə edib ki, məişət şəraitinin yaxşılaşdırılması istiqaməti üzrə şəhid ailə üzvlərinin 4 677, itkin ailə üzvlərinin 5 və yaralıların 3 721 müraciəti olmaqla ümumilikdə 8 403 müraciət təmin edilib: "27 sentyabr 2021-ci il tarixindən sonra dünyaya gələn 102 şəhid övladı ilə bağlı Fond tərəfindən həyata keçirilən “Onlar bizə əmanət” layihəsi çərçivəsində yeni doğulmuş şəhid övladlarının zəruri xərclərinin qarşılanması məqsədi ilə 1 000 AZN məbləğində maddi yardım edilib və şəhid övladlarının adına 5 000 AZN məbləğində depozit hesabı açılıb".