Yaşat Fonduna 65 milyon manat ianə olunub - Fotolar
    • 8-12-2021, 12:37
    • 381

Yaşat Fonduna 65 milyon manat ianə olunub - Fotolar

"Bu günə qədər Fondun fəaliyyət istiqamətləri üzrə 49 497 446.15 AZN məbləğində vəsait xərclənib. Belə ki, bu çərçivədə 2 916 şəhidin ailə üzvləri, habelə 5 010 yaralı olmaqla ümumilikdə 16 393 şəxslə görüşülüb, ehtiyacları qeydə alınıb və 10 875 şəxsin 15 834 müraciəti icra olunub". 

News24.az
xəbər verir ki, bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev "YAŞAT" Fondunun 1 yaşı ilə əlaqədar keçirilən mətbuat konfransında deyib. 

Ülvi Mehdiyev bildirib ki, bu günə qədər Yaşat Fonduna 65 milyon manat ianə olunub:

"Fond tərəfindən 11 minə yaxın şəxsin müraciəti öz həllini tapıb. Məişət şəraitinin yaxşılaşdırılması istiqaməti üzrə 32 477 789.50 AZN,  təhsil, peşə hazırlığı və yaradıcı potensialın inkişafı xərcləri üçün 458 478.51 AZN, istehlak kreditləri və digər borc öhdəliklərinin qarşılanması üzrə 5 432 716.49, müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi üçün isə fonndan 11 128 461.65 AZN vəsait sərf olunub".