Lənkəranda məmurun avtomobili yandırılıb – İDDİA/FOTO
    • 9-12-2021, 11:48
    • 483

Lənkəranda məmurun avtomobili yandırılıb – İDDİA/FOTO

Lənkəran rayonunda minik avtomobili yanıb.

News24.az-ın məlumatına görə, Lənkəran şəhərində yerləşən və Ləvəngi dairəsi kimi tanınan ərazidə “Azərişıq”ın əməkdaşına məxsus olan “VAZ 21015” markalı minik avtomobili yanıb. 

Sakinlər iddia ediblər ki, avtomobilin sahibi “Azərişıq” ASC-də satış şöbəsinin əməkdaşıdır və rayonda “işıqpulu yığan” şəxs kimi tanınır. Bu səbəbdən onun avtomobili işıqpulundan narazı şəxs tərəfindən yandırılıb.

Qeyd edək ki, hadisə vaxtı avtomobilin mühərrik və salonun hissələri yanaraq tam yararsız hala düşüb.

Faktla bağlı araşdırma aparılır.