Tovuz çayı üzərində körpü inşa edilir - FOTO
    • 9-12-2021, 14:54
    • 556

Tovuz çayı üzərində körpü inşa edilir - FOTO

Tovuz çayı üzərində 290 metr uzunluğa malik körpü inşa edilir.

News24.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) açıqlamasında deyilir.

Körpünün uzunluğu 290,42 metr, çay məcrasından hərəkət hissəsinə qədər qabarit isə 36 metr, körpünün öz qabariti isə 14,4 metr təşkil edir.

Sayı 2x44,4 metr, 3x63 metr olmaqla körpü beş aşrımlı olacaq.

Körpüdə iki hərəkət hissə, sağ və sol tərəfdə mühafizə zolağı və hər iki tərəfdə piyada yolunun olması nəzərdə tutulub.