Yararsız mürəbbə və turşu məhsulları aşkarlandı - Foto
    • 10-12-2021, 13:42
    • 533

Yararsız mürəbbə və turşu məhsulları aşkarlandı - Foto

Paytaxtda İstehlak üçün yararsız mürəbbə və turşu məhsulları aşkar edilib.

News24.az
xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bakı şəhəri, Nərimanov rayonu, Daş karxanası küç, ev 853 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Azaqov Elnur Arif oğluna məxsus müxtəlif növ mürəbbə, turşu məhsullarının saxlanılması və satışı müəssisəsində yoxlama keçirib.

Yoxlama zamanı müəssisədə 393 ədəd balonda müxtəlif növ istehlak üçün yararsız mürəbbə və turşu məhsulları aşkar edilib. Üzərində hər hansı etiket məlumatları olmayan mürəbbə və turşu məhsullarının yerdən, divara bitişik şəkildə və birbaşa günəş şüalarının təsiri altında saxlanıldığı məlum olub.

İstehlak üçün yararsız məhsullar satış şəbəkəsindən çıxarılaraq aşkar olunmuş faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb, müəssisə rəhbəri inzibati məsuliyyətə cəlb olunub.