Merkel təqaüdünün ilk gününü belə keçirdi - FOTO
    • 10-12-2021, 16:19
    • 597

Merkel təqaüdünün ilk gününü belə keçirdi - FOTO

Almaniyanın keçmiş Kansleri Angela Merkel təqaüdə çıxmasının ilk günündə səhərin ilk saatlarından öz yeni ofisinə yollanıb.

News24.az xəbər verir ki, Almaniyanın “Bild” nəşri Merkelin vəzifə başından kənarda ilk gününü necə keçirməsini izləyib.

Nəşr yazır ki, Merkel daha əvvəl qeyd etmişdi ki, kansler vəzifəsini tərk etdikdən sonra ilk işi doyunca yatmaq olacaq. Lakin belə görünür ki, uzun illik vərdişi tərgitmək elə də asan deyil. /Qafqazinfo/