Merkel Ermənistanla Azərbaycanı qarışıq saldı - Kanslerin erməni sevgisi?- VİDEO
    • 27-08-2018, 13:34
    • 1 158

Merkel Ermənistanla Azərbaycanı qarışıq saldı - Kanslerin erməni sevgisi?- VİDEO

Rusiya mətbuatı Almaniya kansleri Angela Merkelin Azərbaycana səfəri zamanı yol verdiyi xətadan yazıb.

 Merkel Bakıda olduğu gün öz Instagram səhifəsində "Azərbaycandan  xeyirli sabahlar" başlığı ilə videogörüntü paylaşıb. Lakin, videoçarxda təsvir olunan görüntülər Bakıya deyil, irəvana aid olub.

Xəta tezliklə düzəldilib.

 Qeyd edək ki, Merkelin Cənubi Qafqaza səfəri avqustun 23-də başlayıb. O, əvvəlcə Gürcüstana, sonra Ermənistana, ən sonda isə Azərbaycana səfər edib.