Azərbaycan bal ixracını artırıb
    • 26-11-2018, 16:51
    • 904

Azərbaycan bal ixracını artırıb

“Azərbaycan bu ilin yanvar-sentyabr aylarında xaricə, daha dəqiq desək Yaponiyaya 8 ton bal ixrac edib”.

Bunu Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov bildirib. 
"Ötən il bu rəqəm 6 ton təşkil etmişdi. Yaponlar ixrac göstəricisinin 100tona çatmasını arzu edirlər”, - deyə o, qeyd edib. 
Bundan başqa, Assosiasiya sədrinin sözlərinə görə, Azərbaycan ərəb ölkələrinə də bal ixrac etməyə hazırlaşır: "Ərəblər üçün 5,5 ton bal tədarük edilib. İxrac üçün ilkin olaraq Qətərə, eləcə də İngiltərəyə nümunələr göndərmişik". 

//Report