Ermənistanda bir qrup hərbçi həbs edildi
    • 11-12-2021, 16:53
    • 359

Ermənistanda bir qrup hərbçi həbs edildi

Ermənistanda hərbçilər həbs olunub.

News24.az xəbər verir ki, bu barədə Ermənistanın İstintaq Komitəsi məlumat yayıb.

Bildirilib ki, həbs olunan müdafiə postunun komandiri, böyük və iki gözətçi döyüş və döyüş növbətçiliyi qaydalarını pozublar.

İstintaq Komitəsinin məlumatında qeyd olunur ki, bu il noyabrın 16-da baş vermiş döyüşlərdə sözügedən hərbçilər müdafiə postunu tərk edərək qaçıblar.