Bakıda ağır qəza:  Ölənlər var
    • 12-12-2021, 14:08
    • 326

Bakıda ağır qəza: Ölənlər var

Bakı şəhərinin Sabunçu rayonunda “Shacman” markalı yük avtomobili ilə “Mercedes” və “Nissan” markalı iki minik avtomobili toqquşub.

News24.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hadisə yerinə FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Onlar sıxılı vəziyyətdə qalan sərnişinlər, 1996-cı il təvəllüdlü Nəsirli Turxan Nizami oğlunun və digər bir nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) meyitini deformasiyaya uğrayan “Mercedes” markalı minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.