Bakı şəhərinin Binəqədi rayonunda “ВАЗ” markalı minik avtomobili ilə "КамАЗ" markalı yük avtomobili toqquşub. Bu barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub.  

FHN-dən News24.az-a verilən xəbərə görə ki, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılı vəziyyətdə qalan 1982-ci il təvəllüdlü Ağakişiyev Faiq Mirzəfər oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Afaq Mirayiq 

Teglər: avtomobil qəzası Fövqəladə Hallar Nazirliyi Azərbaycan
Kotanli