Ot yükləyərkən yıxılıb öldü
    • 17-07-2018, 10:22
    • 835

Ot yükləyərkən yıxılıb öldü

İsmayıllı rayonunda bədbəxt hadisə baş verib.

Rayonun Lahıc qəsəbə sakini, 1967-ci il təvəllüdlü Allahyarov Məmmədağa Məhəmməd oğlu yük maşınına ot yığarkən ehtiyatsızlıq edib və nəqliyyat vasitəsinin üstündən yerə yıxılıb.

Ağır kəllə-beyin travması alan M.Allahyarov təcili tibbi yardım stansiyasının maşını ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasınının reanimasiya şöbəsinə çatdırılsa da, orada ölüb.

Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.