Ömrü uzadan, xərçəngdən qoruyan möcüzəvi qidalar - SİYAHI
    • 4-04-2025, 22:24
    • 493

Ömrü uzadan, xərçəngdən qoruyan möcüzəvi qidalar - SİYAHI

Ömrü uzadan qidaların siyahısı açıqlanıb.

News24.az Globalinfo.az-a istinadla xəbər verir ki, bu barədə türkiyəli mütəxəssis Fərhat Çəkməz danışıb.

O bildirib ki, orqanizmdə toksik maddələrlə mübarizə aparmaq üçün bir sıra məhsullar var:

“Belə qidalardan biri mixək tozudur. O, güclü antioksidant təsirə malikdir. Digər məhsul isə sumaxdır. Üçüncü sırada darçın yer alır. Bu ədviyyatları gündəlik həyatınızda istehlak etdiyiniz zaman xroniki xəstəliklər, hətta xərçəngin yaranmasının belə qarşısını almış olursunuz”.

Mütəxəssis siyahıya qara gavalı, qara kişmiş, böyürtkən, nar, brokoli, ispanaq, sarımsaq, soğan və sair kimi qidaları da əlavə edib.