Kürdəmirdə avtomobil su kanalına düşüb, sürücüsü boğularaq ölüb - VİDEO
    • 26-11-2018, 17:49
    • 1 228

Kürdəmirdə avtomobil su kanalına düşüb, sürücüsü boğularaq ölüb - VİDEO

Kürdəmir rayonunda yol qəzası baş verib.

Hadisə rayonun Xirdapay kəndi ərazisində qeydə alınıb. 
Belə ki, 1999-cu il təvəllüdlü Əli Sahib oğlu Abbasovun idarə etdiyi "KIA Rio" markalı avtomobil yol kənarındakı su kanalına düşüb. Nəticədə avtomobildə sıxılmış vəziyyətdə qalan sürücü boğularaq dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.

//Report