Ağsuda yük maşını su kanalına aşıb, sürücü ölüb
    • 14-03-2019, 21:53
    • 1 179

Ağsuda yük maşını su kanalına aşıb, sürücü ölüb

Ağsu rayonunda yol qəzası baş verib.

News24.Az
bildirir ki, hadisə günorta saatlarında rayonun Ərəbmehdibəy kəndində qeydə alınıb.
Belə ki, “Shacman” markalı yük maşını Şirvan kanalı üzərindəki körpüdən keçərkən idarəetmədən çıxaraq kanala aşıb.
Nəticədə sürücü, Kəlbəcər rayon sakini, 1967-ci il təvəllüdlü Mübariz Ağa oğlu Mamedov hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.