Ata 7 yaşlı qızına "sürpriz edəcəyəm" deyib onu öldürdü - FOTO
    • 13-12-2021, 18:47
    • 1 099

Ata 7 yaşlı qızına "sürpriz edəcəyəm" deyib onu öldürdü - FOTO

İstanbulun Pendik şəhərində 7 yaşlı qızının boğazını kəsərək öldürən ata eyni bıçaqla öz boğazını kəsərək intihara cəhd edib.

News24.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə axşam saatlarında Kavakpınar Məhəlləsindəki evlərin birində baş verib. İddiaya görə, psixoloji problemləri olan və həyat yoldaşının ondan boşanması üçün məhkəməyə müraciət etdiyini öyrənən Habip Öztürk evdə 7 yaşlı qızı Dəfnəni qətlə yetirib.

Qızının boğazını kəsərək öldürən Həbip Öztürk eyni bıçaqla öz boğazını da kəsərək intihara cəhd edib. Evdən gələn qışqırıqları eşidən polis əməkdaşları hadisə yerinə gəlib.

Daha sonra Təcili Tibbi Yardım həkimləri hadisə baş verən ünvana gəlib və 7 yaşlı Dəfnənin öldüyü məlum olub. Ata isə ağır vəziyyətdə xəstəxanaya çatdırlıb.

Prokuror və polisin araşdırmasından sonra məlum olub ki, Həbip Öztürk qətli törətməzdən əvvəl “Sənə sürpriz edəcəm” deyərək qızını nənəsigildən götürərək evə gətirib və qanlı cinayəti törədib.

Araşdırma aparılır. /Avtosfer.az/