-
- 14-12-2021, 14:33
- 697
Vətən Müharibəsində medallar aldı, qumar məclisində dava saldı, həbs edildi – ŞOK HADİSƏNİN TƏFƏRRÜATI
Samux rayonunda tanışını bıçaqlayan Vətən Müharibəsi qazisi barəsində açılmış cinayət işi üzrə məhkəmə prosesi bitib.
News24.az-ın məlumatına görə, dekabrın 10-da rayonun Çobanabdallı kənd sakini, 2000-ci il təvəllüdlü Taleh Sədiyev barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə açılmış iş üzrə məhkəmə prosesi başa çatıb. 4 ay yarım həbsdə saxlanılan 21 yaşlı Talehin ilk dəfə cinayət törətməsi, Vətən Müharibəsində “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad edilməsinə görə” medalları ilə təltif edilməsi, əməlindən səmimi peşman olması, qarşı tərəfin onunla barışması və sair hallar nəzərə alınaraq məhkəmə onun həbsdən azad edilməsinə və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilib.
Məhkəmə istintaqı zamanı məlum olub ki, müharibədən sonra xidmətini başa vurub kəndə qayıdan Taleh oradakı şadlıq evlərindən birində ofisiant kimi işləyib. O, ifadəsində hadisə baş verməmişdən əvvəl dostunun oğlunun kiçik toy məclisi ilə əlaqədar təşkil edilən toyaxşamı məclisinə getdiyini deyib:
“Hadisədən bir gün əvvəl, yəni 26 iyulda həmkəndlimin oğlunun kiçik toyaxşamında tanışlarımal birlikdə kart oynayırdıq. Bu zaman aramızda mübahisə yarandı və Xəyal mübahisəyə qarışaraq məni sinəmdən tutdu, daha sonra dava-dalaş böyüdü və ev sahibini narahat etməmək üçün çıxıb getdik. Bir gün sonra toyda iştirak edəndə Xəyalın da orada olduğunu eşidib evə getdim. Daha sonra qardaşımın yanına getmək üçün kəndin mərkəzindəki çayxanaya qayıtdım. Orada Xəyal məni arxadan çağırdı. Ötən günkü hadisəyə görə məni vuracağını düşünüb üzərimdəki qatlanan turist bıçağı ilə onun qoluna 1 dəfə vurdum. Sonra bıçağı Xəyalın qolundan çıxarıb təcili yardıma zəng etdik, onu xəstəxanaya göndərdik. Daha sonra dayıma zəng edərək məni polisə aparmasını dedim”.
Bıçaqlanan Xəyal da hadisəyə görə Talehi bağışladığını, ona qarşı şikayət və ya tələbinin olmadığını deyib.