-
- 14-12-2021, 17:31
- 498
Azərbaycanda 21 yaşlı qızın intiharının TƏFƏRRÜATI: Cibindən məktub çıxdı
Salyanda gənc qızın intihar etməsinin təfərrüatı məlum olub.
News24.az "Report”a istinadən xəbər verir ki, rayonun Ərəbqardaşbəyli kənd sakini, 2000-ci il təvəllüdlü Bağırova Könül Şakir qızı yaşadığı evin həyətindəki tövlədə özünü asaraq intihar edib. Onun cansız bədənini axşam saatlarında atası aşkar edib.
Hadisə yerinə Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Salyan rayon şöbəsinə yerləşdirilib.
"Report"un yerli bürosunun əldə etdiyi məlumata görə, zəhmətkeş ailədə doğulan K.Bağırova əvvəllər nişanlı olub və nişanlısının çox qısqanc olması səbəbi ilə qızın ailəsi nişanı qaytarıb.
Yaxınlarının bildirdiyinə görə, olduqca ağıllı və tərbiyəli olan K.Bağırovaya başqa bir oğlan elçi düşüb. Hər iki gəncin razılığı ilə gənclər nişanlanıblar. Bir neçə gündən sonra baş tutacaq nişan mərasiminə hazırlıqlar da görülübmüş.
Yaxınlarının sözlərinə görə, qızın əvvəllər nişanlı olması indiki nişanlısının ailəsindən gizlədilib. Hadisənin üstü açılandan sonra isə qızın ikinci dəfə nişanının qaytarılacağı barədə söz-söhbət yayılıb. Bütün olanların gərginliyini yaşayan K.Bağırova çıxış yolu kimi özünə qəsd edib. Onun üzərində olan kağız parçasında yazılıb: "Mənim ölümümdə heç kəs günahkar deyil".
Faktla bağlı araşdırma aparılır.